“Bakı Gəmiqayırma Zavodu” AZAL-dan 5 milyon dollar faizsiz borc alıb
“Bakı Gəmiqayırma Zavodu” MMC “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) 5 milyon ABŞ dolları faizsiz borc alıb.
Gundelik.az report-a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı müqavilə dekabrın 8-də imzalanıb.
Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 31 yanvar 2028-ci ilə qədər tam şəkildə qaytarılmalıdır.
Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində baş tutub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.