ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu
“MTV Azərbaycan”a yeni icraçı direktor təyin olunub.
Gundelik.az Yurd.Media-ya istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.
Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
O, bu vəzifəsinə qədər özəl şirkətlərdən birində departament rəhbəri kimi fəaliyyət göstərib.
Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S.Tahirova, 2015-2016-cı illərdə ANS TV-də jurnalist, 2007-2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.