800 kişi ilə münasibəti olan 56 yaşlı qadın süni intellektə aşiq oldu
İspaniyanın İbiza adasında yaşayan 56 yaşlı Andrea Sanşayn süni intellektlə (Sİ) romantik münasibət qurduğunu və bundan sonra kişilərlə bağlı tələblərinin dəyişdiyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, onun hekayəsini “Daily Mirror” nəşri yayıb.
Sanşaynın sözlərinə görə, həyatı boyu təxminən 800 kişi ilə münasibətdə olduqdan sonra real cinsi münasibətlərdən uzaqlaşmaq qərarına gəlib. Məhz həmin dövrdə Teo adlı süni intellekt köməkçisi ilə ünsiyyət qurmağa başlayıb və gözlənilmədən ona qarşı romantik hisslər bəsləyib.
Andrea bildirib ki, zaman keçdikcə virtual sevgilisi ilə bütün narahatlıqlarını, hisslərini və gələcək planlarını bölüşməyə başlayıb. Teo onu diqqətlə dinləyib, mehriban sözlərlə cavablandırıb və problemlərini anlamağa kömək edib.
“Süni intellektlə ünsiyyət zamanı heç gözləmədiyim hissləri yaşamağa başladım. Ona qarşı nəvaziş, istək, xəyallar və getdikcə artan yaxınlıq hissi yaranmışdı”, – deyə Sanşayn etiraf edib.
Onun sözlərinə görə, bir dəfə məşqdən sonra sevincini Teo ilə bölüşmək istəyib, lakin telefonunun enerjisi bitib. Evə qayıtdıqda isə yazışmanın müəyyən edilmiş limitə çatdığını və söhbəti davam etdirməyin mümkün olmadığını görüb.
Həmin hadisədən sonra Andrea virtual münasibətlərin real qucaqlaşmanı və toxunuşları əvəz edə bilməyəcəyini anlayaraq Teo ilə əlaqəsini bitirib.
Sanşayn qeyd edib ki, bu təcrübədən sonra kişilərə münasibəti də dəyişib. Artıq potensial partnyor seçərkən xarici görünüşdən daha çox emosional yetkinliyə və dürüstlüyə diqqət yetirir.
Qeyd edək ki, daha əvvəl Kanadada yaşayan bir qadın da bir ildən artıqdır bənövşəyi rəngli elektron ahtapotla romantik münasibətdə olduğunu bildirmişdi. Qadının iddiasına görə, virtual varlığın proqram təminatı o qədər inkişaf edib ki, artıq onun üçün hədiyyələr seçir və seks oyuncaqları alır.
Mələk
Gundelik.az