Ürək tutması ilə qarışdırılan aorta xəstəliklərinə diqqət
Sinə ağrısı hər zaman infarkt demək deyil. Xüsusilə qəfil başlayan və kürəyə yayılan çox şiddətli ağrı aorta xəstəliklərinin əlaməti ola bilər.
Ürəkdən çıxaraq bütün bədənə qan daşıyan ən böyük arteriya olan aortada yaranan anevrizma uzun müddət heç bir əlamət vermədən inkişaf edir. Lakin damar divarında yırtılma baş verdikdə aorta disseksiyası meydana gələ və həyat üçün ciddi təhlükə yaradır.
Qəfil başlayan, əvvəl heç yaşanmamış qədər şiddətli və sinədən kürəyə, qarına və ya bədənin digər nahiyələrinə yayılan ağrılar mütləq ciddi qiymətləndirilməlidir. Bəzi hallarda sinə və ya kürəkdə təzyiq hissi, nəfəs darlığı və udma çətinliyi də müşahidə olunur.
Aorta disseksiyasında qan damar divarının qatları arasına keçərək qan axınının pozulmasına və həyati orqanların zədələnməsinə səbəb olur. Buna görə erkən diaqnoz və vaxtında müalicə həyati əhəmiyyət daşıyır.
Qəfil və çox şiddətli sinə və ya kürək ağrısına huş itirmə, nəfəs darlığı, soyuq tər və ya ciddi halsızlıq qoşularsa, vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır. Sinə ağrısının səbəbini yalnız əlamətlərə əsasən müəyyənləşdirmək mümkün deyil.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az