UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.
Gundelik.az-ın məlumatına görə, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sıfır xalla sonuncu-36-cı sıradadır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.