Teleqram Rusiyada 7 milyon rubl cərimə olundu
Moskva məhkəməsi teleqram mesencerini 7 milyon rubl (təqribən 154 min manat) məbləğində cərimələyib.
Gundelik.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məhkəmə qərarında bildirilir ki, teleqram Rusiya qanunvericiliyinə uyğun olaraq bəzi qadağan olunmuş məlumatları silmək və ya məhdudlaşdırmaq öhdəliklərini yerinə yetirməyib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, “Roskomnadzor” Rusiyada teleqram mesencerinə qarşı məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib. Bununla yanaşı, artıq bir neçə gündür rusiyalı istifadəçilər mesencerin işindəki nasazlıqlardan şikayət edirlər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.