SOCAR-ın maşınına silahlı hücum edildi
Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.
Gundelik.az Report-a istinadən xəbər verir ki, hadisə hakim “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.