Serbiyadakı etirazlarda 47 nəfər saxlanılıb
Hakim Serb Tərəqqi Partiyası (SPP) və Serbiya Sosialist Partiyasının binası yaxınlığında baş verən iğtişaşlar zamanı 27 polis əməkdaşı yaralanıb.
Gundelik.az xəbər verir ki, bu barədə respublikanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç məlumat verib.
Nazirin sözlərinə görə, 70-80 vətəndaş da xəsarət alıb. Daçiç qeyd edib ki, etirazlarda 47 nəfər saxlanılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, Serbiyada tələbələrin və müxalifətin etirazları 2024-cü ilin noyabrın 1-də Novi Sadda qatar stansiyasında tavanın uçması və 16 nəfərin ölümündən sonra başlayıb. Etirazçılar növbədənkənar parlament seçkisinin keçirilməsini və hökumətin istefasını tələb edirlər.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.