“Qarabağ” – “Kopenhagen” matçı bu hakimlərə tapşırıldı
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II oyunu üçün təyinatlar açıqlanıb.
Gundelik.az xəbər verir ki, qarşılaşma Niderlanddan olan FIFA referisi Sərdar Gözübüyüka tapşırılıb.
Yan xətt hakimləri Erwin Zeinstra ilə Patrick Inia, dördüncü hakim Jannick Van Der Laan olacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
VAR-da Rob Dieperin AVAR-da Jeroen Manschot əyləşəcəklər.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.