“Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” qarşılaşması üçün biletlər satışa çıxarılıb.
Gundelik.az xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.