Prezident Tacikistanla bağlı bu sənədi təsdiqlədi
Bakı şəhərində 2025-ci il sentyabrın 26-da imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.