Pezeşkian: İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir
İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur.
Gundelik.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.
O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir: “Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək”.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.
Pezeşkian “düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.