“PAŞA Sığorta”nın xalis mənfəəti 40% azalıb
“PAŞA Sığorta” ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Gundelik.az xəbər verir ki, şirkət yanvar-mart aylarında 8,5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40% azdır.
Bu il aprelin əvvəlinə “PAŞA Sığorta”nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 27,6% çox – 497,1 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 393,4 milyon manat (38,9% çox), balans kapitalı isə 103,7 milyon manat (2,4% az), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) olub.///yurd.media
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.