Ötən gün qanunsuz dövriyyədən 29 kiloqram narkotik vasitə çıxarılıb
Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
Daxili İşlər Nazirliyindən Gundelik.az-a verilən məlumata görə, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar. Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.