Ordubadda yollar əsaslı təmir olunacaq: 5,2 milyon manat ayrıldı
Naxçıvcan Muxtar Respublikasının Ordubad rayonunda bir sıra yollarda əsaslı təmir işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, rayonun Anabad və Gənzə, Kələntərdizə və Qoşadizə, eləcə də Aza Darkənd kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq.
Belə ki, Ordubad Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
RİH sözügedən işlərin icrasını “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 5 215 480 manat ödənilib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.