"Nvidia"nın prezidenti vəzifəsinə qayıtdıqdan sonra sərvəti 34 milyard dollar artdı
Censen Huanq "Nvidia"nın prezidenti və baş direktoru vəzifəsinə qayıtdıqdan sonra sərvəti 34 milyard dollar artıb.
Gundelik.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Belə ki, vəzifəsinə bərpa edildikdən sonra onun sərvəti 24 saatdan az müddətdə təxminən 34 milyard dollar artaraq 144 milyard dollara yaxınlaşıb. "Nvidia" şirkətinin təsisçisinin xalis sərvəti bir gecədə 30%-dən çox artıb. Bu, Huanq şirkətin baş direktoru vəzifəsinə bərpa edildikdən sonra "Nvidia" şirkətinin səhm qiymətinin kəskin artması ilə əlaqədardır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.