Naxçıvanda ağac qırılıb 3 nəfərin üzərinə düşdü
Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb.
Gundelik.az xəbər verir ki, hadisə rayonun Vənənd kəndində baş verib. Belə ki, çinar ağacının budağı qırılaraq sakinlərin üzərinə düşüb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar – 1959-cu il təvəllüdlü Novruzov İbrahim Əli oğlu, 1970-ci il təvəllüdlü Ağalarov Miryunis Mirdavud oğlu və 1983-cü il təvüllüdlü Əliyev Anar Əhməd oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.