Maşın bazarında vəziyyət necədir? – VİDEO
Hibrid və “plug-in” hibrid avtomobillər üçün vergi güzəştlərinin ləğvi xəbərinin yayılmasından sonra qiymətlərin artacağı gözlənilir. Bəs maşın bazarında vəziyyət necədir?
Gundelik.az Xəzər Tv-yə istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bazarda durğunluq davam edir.
Lakin bəzi satıcılar isə bu məlumatlardan sonra digər avtomobillərə marağın artdığını bildirirlər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Avtomobil almaq istəyənlər isə bazarda qiymətlərın yüksək olduğunu vurğulayırlar.
Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən etibarən hibrid və “plug-in” hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunacaq. Güzəştlər yalnız elektromobillərə şamil ediləcək.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.