Lənkəranda yolların təmirinə 1 milyon manat xərclənəcək
Lənkəranın avtomobil yollarında nəhəng təmir işlərinə başlanılır.
Gundelik.az xəbər verir ki, Lənkəran Şəhəri İcra Hakimiyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşırıb.
Belə ki, qurum təmir işlərini “Rash.M.M.Trade And Services-2020” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, yollar həm büdcə, həm də büdcədən kənar vəsait hesabına təmir olunacaq. Təmir işlərinin icrasına 961 min 588 manat vəsait sərf olunacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.