Kiberməkanın görünməyən cəbhəsi: Hüquq rəqəmsal təhlükələrə nə dərəcədə hazırdır?- Mütəxəsis rəyi A Aynur 17 İyul 2026, 09:50 Yeniləndi: 12:54 3 dəq oxuma A− A+ Link Rəqəmsallaşma həyatımızı daha rahat və sürətli etsə də, bu inkişaf yeni təhlükələri də özü ilə gətirib. Bu gün kibercinayətkarlıq artıq təkcə fərdi istifadəçilərin deyil, dövlətlərin milli təhlükəsizliyinin, iqtisadi sabitliyinin və ictimai rifahının qarşısında dayanan ən ciddi çağırışlardan biri hesab olunur. Süni intellekt texnologiyalarının inkişafı, saxta görüntü və səslərin (deepfake) hazırlanması, avtomatlaşdırılmış kiberhücumlar və dezinformasiyanın sürətlə yayılması hüquq sistemləri qarşısında tamamilə yeni suallar yaradır. Belə bir şəraitdə beynəlxalq hüququn kiberməkanda təhlükəsizliyin təmin edilməsində rolu, mövcud hüquqi mexanizmlərin effektivliyi və dövlətlər arasında əməkdaşlığın perspektivləri xüsusi aktuallıq kəsb edir. Gundelik.az bu mövzuda tanınmış hüquqşünas, Bakı 25 saylı Mediasiya Təşkilatının mediatoru Xəlil Süleymanlı ilə həmsöhbət olub. Xəlil müəllim, müasir dövrdə kibercinayətkarlığın sürətlə artdığı bir şəraitdə beynəlxalq hüquq bu təhlükələrə qarşı nə dərəcədə adekvat cavab verə bilir? Kiberhücumlar və rəqəmsal cinayətlər müasir dövrün ən ciddi təhlükələrindən biridir. İnformasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın da miqyasını və mürəkkəbliyini artırıb. Dövlət qurumlarına, banklara, enerji və səhiyyə sistemlərinə qarşı həyata keçirilən hücumlar artıq yalnız texniki problem deyil, həm də milli təhlükəsizlik, iqtisadi sabitlik və hüquqi məsuliyyət məsələsidir. Bu səbəbdən beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Kibercinayətkarlıq transmilli xarakter daşıdığı üçün onunla yalnız milli qanunvericilik çərçivəsində mübarizə aparmaq mümkün deyil. Ən mühüm beynəlxalq hüquqi sənəd 2001-ci ildə qəbul olunmuş Budapeşt Konvensiyasıdır. Bundan əlavə, INTERPOL, Europol nəzdində fəaliyyət göstərən Avropa Kibercinayətkarlıq Mərkəzi (EC3) və BMT kiberməkanda təhlükəsizliyin təmin olunması və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynayırlar. Bu mexanizmlər dövlətlər arasında operativ məlumat mübadiləsini, kibercinayətkarların müəyyən olunmasını, birgə əməliyyatların keçirilməsini və vahid hüquqi standartların formalaşdırılmasını təmin edir. Bununla belə, texnologiyanın inkişaf tempi hüquqi tənzimləməni daim yenilənməyə məcbur edir. Bu sahədə beynəlxalq hüququn qarşılaşdığı əsas çətinliklər hansılardır və Azərbaycanın mövqeyi necədir? – Ən böyük problemlərdən biri yurisdiksiya məsələsidir. Kiberhücum bir ölkədə planlaşdırıla, başqa ölkənin serverlərindən həyata keçirilə və nəticədə üçüncü dövlətə zərər vura bilər. Belə hallarda hansı dövlətin cinayət təqibi aparacağı, hansı qanunvericiliyin tətbiq ediləcəyi və sübutların necə toplanacağı mürəkkəb hüquqi problemlər yaradır. Bundan başqa, dövlətlər arasında hüquqi sistemlərin fərqliliyi və siyasi amillər də beynəlxalq əməkdaşlığın effektivliyinə təsir göstərir. Süni intellektin inkişafı isə yeni risklər yaradıb. Deepfake texnologiyalarının hazırlanması, dezinformasiyanın yayılması və avtomatlaşdırılmış kiberhücumların həyata keçirilməsi dövlətləri yeni hüquqi normalar hazırlamağa sövq edir. Azərbaycan da bu istiqamətdə beynəlxalq əməkdaşlığa qoşulub, kibercinayətkarlıqla mübarizə üzrə qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırır. İnformasiya təhlükəsizliyi, kritik informasiya infrastrukturunun qorunması və rəqəmsal təhlükəsizlik sahəsində həyata keçirilən institusional tədbirlər ölkəmizin bu sahədə potensialını gücləndirir. Hesab edirəm ki, gələcəkdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi, vahid hüquqi standartların yaradılması və süni intellekt kimi yeni texnologiyalara uyğun hüquqi mexanizmlərin hazırlanması kiberməkanda təhlükəsizliyin təmin edilməsinin əsas şərtlərindən biri olacaq. AYNUR TURAN Gundelik.az TEQLƏR: #Xəlil Süleymanlı #Bakı 25 saylı Mediasiya Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin. ← ƏVVƏLKİ XƏBƏRBəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA SONRAKI XƏBƏR →AQTA nəzarət tədbirləri ilə bağlı statistik rəqəmləri açıqlayıb Əlaqəli xəbərlər Azərbaycanda 4.3 ballıq zəlzələ oldu 5 saat əvvəl Mustafa Sandalın qayınatasının evi atəşə tutulub: Hücumun təfərrüatı - FOTO Dünən, 20:42 Dezinformasiya və manipulyasiya təmayülləri - FOTO Dünən, 20:30 Mətbuat Şurasının bəyanatı – media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı Dünən, 20:09 Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir Dünən, 19:08 FAYDA İş Adamları Platformasının üzvləri N-Advert Reklam Şirkətinə səfər ediblər – FOTO Dünən, 18:03