Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Mingəçevir şəhərində kanaldan meyit tapılıb.
Gundelik.az-ın məlumatına görə, hadisə Qarabağ kanalının şəhər ərazisindən keçən hissəsində baş verib.
Suda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Fövqəladə Hallar Nazirliyinin dalğıc və xilasediciləri meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Araşdırmalarla meyitin Mingəçevir şəhər sakini, 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğluna məxsus olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.