“İstisu” mineral su zavodunun ixrac gəlirləri açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Kəlbəcərdə yerləşən “İstisu” mineral su zavodundan 562,4 min ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
Gundelik.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilib.
Məlumata əsasən, təkcə cari ilin iyun ayında isə zavod 196,2 milyon ABŞ dolları dəyərində məhsul ixracı aparıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb.
26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub.
2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.