İsrailə gizli səfər etdi
Pentaqon rəhbəri Pit Heqset İsrailə gizli səfər edərək bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Gundelik.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, görüş oktyabrın 19-da baş tutub. Bununla belə, digər detallar açıqlanmayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Nəşrin məlumatına görə, Heqsetin səfəri barədə xəbər ABŞ Prezidenti Donald Trampın İsrail xalqına müdaciət edərək oktyabrın 27-də bu ölkədə keçiriləcək parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonra yayılıb.
Bundan əlavə, görüş İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalı ilə bağlı ABŞ-İsrail danışıqları fonunda baş tutub.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.