İran-ABŞ gərginliyində son vəziyyət: Tehran Hörmüz boğazının açılması üçün təzminat tələb edir, Tramp prosesi ləngidir

İran-ABŞ gərginliyində son vəziyyət: Tehran Hörmüz boğazının açılması üçün təzminat tələb edir, Tramp prosesi ləngidir

İran, ABŞ-ın altı əsas şərti yerinə yetirəcəyi vaxta qədər Hörmüz boğazının bağlı qalacağı barədə xəbərdarlıq edib.

ABŞ Prezidenti Donald Tramp müharibəni dayandırmaq və Hörmüz boğazından daşımaların yenidən başlamasını təmin etmək məqsədilə aparılan danışıqların dalana dirənməsindən sonra ABŞ-ın İranla bağlı prosesi ləngitdiyini bildirib.

Tramp “Axios”a açıqlamasında deyib: “Onlarla yalnız yarımçıq şəkildə danışıqlar aparırıq. Biz sadəcə yüksək inflyasiya və ölkənin pulunun tükənməsi ilə bağlı vəziyyəti izləyirik”.

İran Hörmüz boğazının qismən açılması məqsədilə Omanla razılaşmaya nail olmaq üçün ABŞ-ın yerinə yetirməli olduğu bir sıra şərtlər irəli sürüb. Bu şərtlər arasında müharibə təzminatının ödənilməsi də var.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bildirib ki, ABŞ İran və onun Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərinə qarşı müharibə və təcavüzkar fəaliyyətlərini birdəfəlik dayandırmalıdır. O, ABŞ bu altı şərti yerinə yetirənədək Hörmüz boğazının bağlı qalacağını qeyd edib.

ABŞ silah istehsalını sürətləndirir

Bu açıqlamalar İranla müharibə nəticəsində ABŞ-ın raket ehtiyatlarının azalması səbəbindən Vaşinqtonun müdafiə şirkətlərinə silah istehsalını “ciddi şəkildə” sürətləndirmək üçün təzyiq göstərdiyi bir vaxtda səslənib.

ABŞ müdafiə nazirinin müavini Stiv Faynberq şirkətlərə kritik hərbi imkanların istehsalı və tədarükü üzrə daha sürətli və fəal qrafik hazırlamaq və ya istehsal gücünü artırmaq üçün üç həftə vaxt verib.

“Vaşinqton Post”un əldə etdiyi sənəddə Faynberq bildirib: “İllərlə davam edən inkişaf prosesləri qəbuledilməzdir. Proqramların icra qrafikini dərhal sürətləndirməli və istehsal gücümüzü genişləndirməliyik”.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.