Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib
Lənkəran rayonu ərazisindəki Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.
Gundelik.az-ın məlumatına görə, rayonun dağlıq və dağətəyi ərazisində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib.
Nəticədə bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edən həmin yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ərazinin nəzarətdə saxlanıldığı, geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacağı bildirilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.