Həyətində narkotik bitkilər yetişdirən şəxs saxlanıldı
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gundelik.az-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb. Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.