Həftə sonunadək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir
Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda Aran rayonlarında 36-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir./report
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.