Hazar Ergüçlüdən etiraf: “19 ildir psixoloji dəstək alıram”

Hazar Ergüçlüdən etiraf: “19 ildir psixoloji dəstək alıram”

“İnci Taneleri” serialında canlandırdığı Dilber obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan türkiyəli aktrisa Hazar Ergüçlü şəxsi həyatı və aktyorluq peşəsinin çətinlikləri ilə bağlı maraqlı açıqlamalar verib.

Son müsahibəsində uzun illərdir psixoloji dəstək aldığını bildirən aktrisa bu dəstəyin aktyorlar üçün vacib olduğunu vurğulayıb.

Gundelik.az xəbər verir ki, T24 nəşrinə müsahibəsində danışan Hazar Ergüçlü aktyorluq sənətinin görünməyən tərəflərinə toxunaraq deyib:

“19 ildir psixoloji dəstək alıram. Aktyorların buna ehtiyacı var, bu, qaçılmazdır. Bizim peşəmizdə daim mövcud olan bir məsələ var: qeyri-müəyyənlik. Bunun öhdəsindən gəlmək çox çətin hissdir. Rəqabət də insanı ciddi şəkildə yorur. Polad kimi əsəblərə sahib olmaq lazımdır. Bütün bunların üzərinə canlandırdığın obrazın yaratdığı gərginlik də əlavə olunur”.

Aktrisa “Mutter: Bir Annenin Hatıra Defteri” filmində rol aldıqdan sonra da psixoloji dəstək almağa davam etdiyini bildirib.

Hazar Ergüçlünün açıqlamaları aktyorluq peşəsinin yalnız səhnə və kamera qarşısında görünən tərəflərdən ibarət olmadığını, bu sahədə çalışan insanların emosional və psixoloji baxımdan da ciddi yüklə qarşılaşdıqlarını bir daha gündəmə gətirib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.