HAMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib
HAMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.
Gundelik.az “Al Jazeera” kanalına istinadən xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib.
Onun sözlərinə görə, HAMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək. Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, – HAMAS sözçüsü qeyd edib.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında əldə olunan razılaşmaya görə, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HAMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.