Futbol tarixinin ən uzaq qolu: Qapıçı topu 96 metrdən rəqib qapısına göndərdi
Kingin qeyri-adi qolu komandasına qələbə qazandırmasa da, onun adını futbol tarixinə yazdırıb.
Dünya futbolunda ən uzaq məsafədən vurulan qolun müəllifi İngiltərə təmsilçisi Tom Kingdir.
Gundelik.az xəbər verir ki, qapıçı 2021-ci ildə təxminən 96 metrdən rəqib qapısına qol vuraraq futbol tarixində rekord müəyyənləşdirib.
Hadisə 2021-ci il yanvarın 19-da İngiltərənin aşağı liqasında “Nyupor Kaunti” ilə “Çeltenhem Taun” komandaları arasında keçirilən oyunda baş verib. Tom King öz cərimə meydançasından topu oyuna daxil edərkən zərbə birbaşa rəqib qapısına gedib.
Qolun qeydə alınan məsafəsi 96,01 metr olub. “Ginnesin Rekordlar Kitabı” bu nəticəni futbol tarixində ən uzaq məsafədən vurulan qol kimi təsdiqləyib.
Maraqlıdır ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Kingin qeyri-adi qolu komandasına qələbə qazandırmasa da, onun adını futbol tarixinə yazdırıb.
Bundan əvvəl rekord 2013-cü ildə “Stok Siti”nin qapıçısı Asmir Begoviçə məxsus idi. O, “Sauthempton”la oyunda təxminən 91,9 metrdən qol vurmuşdu.
Qeyd edək ki, Tom King-in rekordu qapıçının vurduğu qol da daxil olmaqla qeydə alınan ən uzaq məsafəli qola aiddir. Meydan oyunçularının uzaq məsafədən vurduğu qollar isə ayrıca qiymətləndirilə bilər.
Nuri
Gundelik.az