Boğulma riskinə qarşı kritik xəbərdarlıq
Yay aylarında dəniz, göl və çaylarda boğulma riski artır. Mütəxəssislər xüsusilə çəkən axınlara, anaforlara, ani dərinləşmələrə və təhlükəsiz üzmə zonalarından kənara çıxmağa qarşı diqqətli olmağı tövsiyə edir.
Çəkən axına düşən şəxs panikaya düşməməli və axına qarşı üzməməlidir. Bu, insanın enerjisini sürətlə tükəndirir. Əvəzində suyun üzərində qalmağa çalışmalı, sahilə paralel üzərək axından çıxmalı, daha sonra sahilə doğru hərəkət etməlidir.
Mütəxəssislər yalnız müəyyən edilmiş və xilasedicilərin olduğu ərazilərdə üzməyi, dənizdə şamandıralarla işarələnmiş sərhədləri keçməməyi məsləhət görürlər. Dibinin görünmədiyi və tanınmayan sularda üzmək də ciddi təhlükə yaradır.
Boğulmaqda olan şəxsi xilas etmək istəyənlər isə əvvəlcə öz təhlükəsizliyini düşünməlidir. Təlim və avadanlıq olmadan suya girmək ikinci bir boğulma hadisəsinə səbəb olur.
Mütəxəssislər həmçinin dərin və sərbəst dalış zamanı tək olmamağı tövsiyə edirlər.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az