Bəzi smartfonların qiymətində ciddi artım gözlənilir
Çin smartfon istehsalçıları yaddaş çiplərinin qiymətinin artması səbəbindən bu cihazların qiymətlərini artırmağı planlaşdırırlar.
Bu barədə Gundelik.az dünya mediasına istinadən xəbər verir.
Qeyd edilib ki, bu, son beş ildə sənayedəki ən böyük qiymət düzəlişidir.
Məlumata görə, smartfon yaddaş çiplərinin qiyməti bu günə qədər illik müqayisədə 80 faizdən çox artıb və yavaşlama əlamətləri müşahidə edilməyib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Nəticə etibarilə, “Oppo“, “OnePlus“, “Vivo“, “Xiaomi“ və “Honor” kimi brendlər mart ayının əvvəlində məhsullarının qiymətlərini artırmağı planlaşdırırlar. Belə ki, smartfonların qiyməti 10-30 faiz, noutbukların qiyməti isə 20 faiz artacaq.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.