"Bank Respublika"nın aktivləri 59 milyon manat azalıb
2026-cı il sentyabrın 30-na "Bank Respublika"nın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,18% və ya 59,29 milyon manat azalaraq 2 milyard 658,62 milyon manat təşkil edib.
Gundelik.az Valyuta.az-a istinadən xəbər verir ki, 2025-ci ilin sentyabr ayının sonunda bankın aktivləri 2 milyard 717,91 milyon manat olub.
Bankın maliyyə hesabatına əsasən, bu dövrdə müştərilərə verilmiş kreditlərin ümumi həcmi 11,45% və ya 180,60 milyon manat artaraq 1 milyard 577,15 milyon manatdan 1 milyard 757,76 milyon manata yüksəlib.
Kredit portfelində ən böyük artım biznes kreditləri üzrə qeydə alınıb. Belə ki, biznes kreditləri illik müqayisədə 10,03% və ya 107,23 milyon manat artaraq 1 milyard 176,80 milyon manata çatıb.
Eyni dövrdə istehlak kreditlərinin həcmi 16,33% və ya 55,94 milyon manat artaraq 398,45 milyon manat, daşınmaz əmlak kreditləri isə 10,56% və ya 17,43 milyon manat artaraq 182,50 milyon manat təşkil edib.
Bununla yanaşı, bankın nağd pul vəsaitləri illik müqayisədə 64,77% və ya 238,90 milyon manat azalaraq 368,84 milyon manatdan 129,94 milyon manata düşüb.
Bankın ticarət və investisiya qiymətli kağızlarının həcmi də 59,28% və ya 47,79 milyon manat azalaraq 32,84 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstərici 80,63 milyon manat təşkil edib.
Digər tərəfdən, "Bank Respublika"nın banklarda və digər maliyyə institutlarında yerləşdirdiyi depozitlər 5,69% və ya 31,93 milyon manat artaraq 593,42 milyon manata yüksəlib.
Banklara və digər maliyyə institutlarına verilmiş kreditlərin həcmi isə 55,43% və ya 20,46 milyon manat artaraq 57,38 milyon manata çatıb.
Hesabat dövründə bankın əmlak və avadanlıqlarının dəyəri 1,43% artaraq 48,17 milyon manat, qeyri-maddi aktivləri isə 47,65% artaraq 3,15 milyon manat təşkil edib. Digər aktivlərin həcmi isə 9,11% azalaraq 49,25 milyon manata düşüb.