Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.
Bu barədə Gundelik.az Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə “Embraer E-190” təyyarələrindən istifadə edəcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.