Bakıda ağır avtobus qəzası baş verib: ölən və yaralananlar var
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Gundelik.az Milli.Az-a istinadən xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Ölənlərdən biri Bəşirov Taleh Üzeyir oğlu adı kişi, biri isə Cənnət adlı qadındır.
Onlar Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.