Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?
Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi iddia olunur.
Gundelik.az xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, həmin şəxs aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır”, - məlumatda deyilir.
Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Nazirliyi isə bu barədə məlumata malik olmadıqlarını bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.