Azərbaycanın iki bölgəsində aeroelektromaqnetik tədqiqatlar aparılacaq
Azərbaycanın iki bölgəsində aeroelektromaqnetik tədqiqatlar həyata keçiriləcək.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, söhbət Naxçıvan Muxtar Respublikasının Göydağ-Zırnel-Kükü və Kəlbəcər rayonun Tutxun-Şorbulaq sahələrindən gedir.
Belə ki, sözügedən ərazilərin potensial perspektivli sahələri üzrə aeroelektromaqnetik geofiziki tədqiqat işləri həyata keçiriləcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Artıq bununla bağlı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) müvafiq işlərə start verilib.
QSC sözügedən işlərin 12,8 milyon manata başa gələcəyini ehtimal edir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.