Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 8 % azalıb
Bu ilin yanvar ayında dövlət qurumlarına 131 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
Gundelik.az-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.
Kibertəhdidlərin 110-u daxili araşdırma, 23-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.