Azərbaycanın azad edilmiş ərazilərində yeni KSES-lər tikiləcək – 37 milyon manatlıq LAYİHƏ
Azərbaycanın azad edilmiş ərazilərində yeni kiçik su elektrik stansiyalarının tikintisinə sərf ediləcək vəsaitin həcmi məlum olub.
Gundelik.az-ın məlumatına görə, Kəlbəcər Şəhər, Eyvazlı kiçik su elektrik stansiyalarının (KSES) tikintisi və yeni tikilən KSES-lərin enerjisistemə inteqrasiyası həyata keçiriləcək.
Belə ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə başlayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
ASC hazırda sözügedən işlərin icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda ASC KSES-lərin tikintisinin 36 957 458 manata başa gələcəyini ehtimal edib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.