Azərbaycanda neft hasilatı nə qədər olacaq? – PROQNOZ
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) bu il və gələn il üçün Azərbaycanda gündəlik neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə EIA-nın aylıq icmalında deyilir.
Məlumata görə, bu il Azərbaycanda neft hasilatı gündəlik 540 min barel təşkil edəcək.
Eyni zamanda, I rübdə gündəlik neft hasilatının 550 min barel, II rübdə 540 min barel, III və IV rüblərdə isə 530 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hesabata görə, Azərbaycanda gələn il üçün orta gündəlik neft hasilatı 540 min barel səviyyəsində olacaq. Proqnozlara əsasən, gələn ilin I rübündə ölkədə gündəlik neft hasilatı 550 min barel, II rübündə 540 min barel, III və IV rüblərində isə 530 min barel olacaq.
Bildirilib ki, 2025-ci ildə ölkədə neft hasilatı gündəlik 570 min barel təşkil edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.