ANAMA 368 min manatlıq xəbərdaredici lövhələr sifariş edib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yeni xəbərdaredici (maarifləndirici) lövhələr sifariş edib.
Gundelik.az-ın məlumatına görə, ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Agentlik xəbərdaredici (maarifləndirici) lövhələrin quraşdırılması ilə bağlı işlərin icrasını “Azfen-TTQ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müqaviləyə əsasən, şirkətə 368 460 manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Azfen-TTQ” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Ələsgərov Xəlil Məhərrəm oğludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.