Aİ-dən Fələstinə DƏSTƏK: 2027-ci ilədək…

Aİ-dən Fələstinə DƏSTƏK: 2027-ci ilədək…

Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilərə dəstək üçün 1,6 milyard avro ayıracaq.

Gundelik.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında paylaşım edib.

“Biz Fələstin xalqına dəstəyimizi artırırıq. 2027-ci ilə qədər ayıracağımız 1,6 milyard avro İordan çayının qərb sahilində və Qəzzada vəziyyəti sabitləşdirməyə kömək edəcək”, – deyə paylaşımda qeyd olunub.

O vurğulayıb ki, bu tədbir infrastrukturun bərpası, eləcə də fələstinli qaçqınlara humanitar yardım və dəstək verilməsində yardım göstərmək məqsədi daşıyır.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.