Ağdərə rayonunda turizm infrastrukturu yaradılacaq
Ağdərə rayonu Sərsəng su anbarı ətrafında turizm infrastrukturu yaradılacaq.
Gundelik.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, agentlik qeyd olunan turizm infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işlərini “Apex Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib.
DTA-nın müqavilə bağladığı “Apex Group” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Bağırlı Elvin Eldar oğludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.