ABŞ-də yeni daşqınlar: Nyu-Meksikoda çayların səviyyəsi 6 m-ə çatır
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni daşqınlar baş verib.
Gundelik.az “FOX Weather”ə istinadən xəbər verir ki, bu dəfə daşqınlar Nyu-Meksiko ştatında Ruidoso şəhərində qeydə alınıb.
Belə ki, Rio Ruidoso çayında suyun səviyyəsi 20 fut (6 metr) səviyyəsinə çatıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Ruidoso təhlükəli vəziyyətdədir! Daşqın fövqəladə halı qüvvədə qalır! İndi daha yüksək yer tapın! Daşqın sularından keçməyə çalışmayın, cərəyan sizin avtomobilinizi vuracaq!”, – yerli hakimiyyət orqanları bildirib.
İtkilər barədə rəsmi məlumat verilmir. Lakin şahidlərin sözlərinə görə, su axını bir yaşayış binasını, bir kişi və iki uşağı aparıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.