COP31-ə prezident təyin edildi
Türkiyədə gələn il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına prezident təyin edilib.
Gundelik.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu vəzifəyə ölkənin ətraf mühit və iqlim dəyişikliyi naziri Murat təyin olunub.
M.Kurum sosial şəbəkə hesablarında paylaşım edərək bu qərarın onun üçün şərəf olduğunu bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, COP31 iqlim sammiti 2026-cı ildə Antalyada keçiriləcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.